Azərbaycan Özbəkistandan tütün alışını kəskin artırıb
- 17 iyun, 2025
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 30,1 milyon ABŞ dolları dəyərində 2 081 ton çəkməli tütün idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % az, kəmiyyət olaraq – 1 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 9,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % az) 657 ton (-18 %), Özbəkistandan 7,9 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 254 ton (+12 dəfə), Ukraynadan 7 milyon ABŞ dolları dəyərində (-42 %) 411 ton (-49 %), Braziliyadan 3,1 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 376 ton (+2 dəfə), İordaniyadan 869 min ABŞ dolları dəyərində (+2 %) 112 ton (-15 %) tütün alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 6,4 min ton tütünün 49 %-i Türkiyənin, 20,3 %-i Ukraynanın, 11 %-i Özbəkistanın payına düşüb.