Azərbaycan İrana polipropilen satışını 3 dəfə artırıb
- 16 oktyabr, 2023
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 82,32 milyon ABŞ dolları dəyərində 75 min 171 ton polipropilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 67 % çoxdur.
Azərbaycan Rusiyaya 50,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 41 min 351 ton (+2,3 dəfə), Türkiyəyə 29,34 milyon ABŞ dolları dəyərində (+6,3 %) 31 min 702 ton (+41 %), Gürcüstana 900 min ABŞ dolları dəyərində 968 ton (1 ildən sonra tədarük bərpa edilib), İrana 678 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 455 ton (+2,9 dəfə), Özbəkistana 549 min ABŞ dolları dəyərində 435 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycan xaricdən 14 milyon ABŞ dolları dəyərində (+15 %) 10 min 168 ton (+41 %) polipropilen idxal edib.
Azərbaycan Koreyadan 7 milyon ABŞ dolları dəyərində (-9 %) 4 min 975 ton (+21 %), Səudiyyə Ərəbistanından 4,4 milyon ABŞ dolları dəyərində (+83 %) 3 min 273 ton (+2,2 dəfə), Türkmənistandan 1 milyon ABŞ dolları dəyərində (+10,5 %) 800 ton (+11,3 %), Rusiyadan 864 min ABŞ dolları dəyərində (+5 dəfə) 736 ton (+9 dəfə), İrandan 328 min ABŞ dolları dəyərində (-80 %) 244 ton (-80 %) məhsul alıb.