Azərbaycan iki ölkəyə lobya ixrac etməyə başlayıb

Biznes
  • 17 fevral, 2024
  • 11:34
Azərbaycan iki ölkəyə lobya ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 260,3 min ABŞ dolları dəyərində 227,6 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Azərbaycan Rusiyaya 250,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,6 % çoxdur) 219,75 ton (+1,4 %), Türkiyəyə 8,2 min ABŞ dolları dəyərində 2,75 ton, Gürcüstana 1 min ABŞ dolları dəyərində (dəyişməyib) 5 ton (-0,2 %) və Səudiyyə Ərəbistanına 0,4 min ABŞ dolları dəyərində 0,15 ton məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 107,3 min ABŞ dolları dəyərində (+29 %) 152,5 ton (+28,5 %) lobya idxal edib.

Azərbaycan Türkiyədən 107 min ABŞ dolları dəyərində (+29 %) 152,46 ton (+29 %) və Keniyadan 0,3 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.