Azərbaycan Hindistandan banan alışını bərpa edib
- 11 iyul, 2025
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 21 milyon ABŞ dolları dəyərində 22 345 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 % çox, kəmiyyət olaraq – 4 % azdır.
Hesabat dövründə Azərbaycan Ekvadordan 20,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % çoxdur) 22 059 ton (-5 %), Kosta-Rikadan 248,2 min ABŞ dolları dəyərində (+76 %) 240 ton (+41 %), Hindistandan 18,7 min ABŞ dolları dəyərində 20,8 ton, Misirdən 17 min ABŞ dolları dəyərində 21,2 ton (bir il əvvəl tədarük olmayıb), Filippindən 11,8 min ABŞ dolları dəyərində 1,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Hindistandan banan tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 16,8 min ton bananın 98,4 %-i Ekvadorun payına düşüb.