Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 15 % artırıb

Biznes
  • 20 may, 2025
  • 17:39
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 15 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 39,693 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,4 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 902,166 milyon ABŞ dolları dəyərində yerli istehsal malları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,9 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (173,426 milyon ABŞ dolları; 20,7 % az), Türkiyə (87,943 milyon ABŞ dolları; 17,5 % az), Çin (77,798 milyon ABŞ dolları; 14 % çox), Bolqarıstan (77,373 milyon ABŞ dolları; 5,1 dəfə çox) və Ermənistan (48,856 milyon ABŞ dolları; cüzi çox) olub.

44 filmi