Azərbaycan əsas tədarük bazarında pambıq yağının satışını kəskin artırıb
- 20 may, 2025
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycandan xaricə 1,5 milyon ABŞ dolları dəyərində 2 276 ton pambıq yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 880,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,6 dəfə çoxdur) 1 449 ton (+4 dəfə), Tacikistana 390 min ABŞ dolları dəyərində 520 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistana 174,2 min ABŞ dolları dəyərində 260 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 30,55 min ABŞ dolları dəyərində 45,9 ton (bir il əvvəl tədarük olmayıb) məhsul ixrac edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 4,5 min ton pambıq yağının 52 %-i Türkiyənin payına düşüb.