Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 5 dəfə artırıb

Biznes
  • 18 oktyabr, 2021
  • 07:56
Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 415,75 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3% çoxdur.

9 ay ərzində Azərbaycanın ixrac etdiyi əczaçılıq məhsullarının dəyəri isə 2,506 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,98 %-ni, ixrac isə ümumi ixracın 0,02%-ni təşkil edib.

44 - Tezliklə