Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərcləri 4 dəfə artırıb
- 28 yanvar, 2023
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan 652,93 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,9 dəfə çoxdur.
Ötən il Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 2,3 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 11,5 % azdır.
Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,5 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2021-ci ilə nisbətən 55,4 % çoxdur.
İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon dolları ixracın, 14 milyard 540 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 71,8 %, idxal isə 24,2 % artıb.
Son nəticədə xarici ticarətdə 23 milyard 607 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.