Azərbaycan Danimarkadan kürü əvəzedicilərinin alışını bərpa edib

Biznes
  • 06 mart, 2024
  • 06:54
Azərbaycan Danimarkadan kürü əvəzedicilərinin alışını bərpa edib

Ötən il Azərbaycan 906,4 min ABŞ dolları dəyərində 64,23 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 612 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 21,5 ton (+57 %), Belarusdan 175,64 min ABŞ dolları dəyərində (-41 %) 23,69 ton (-4 %), İrandan 75 min ABŞ dolları dəyərində 18,63 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 28,35 min ABŞ dolları dəyərində (+87 %) 0,1 ton (+80 %), Finlandiyadan 12,7 min ABŞ dolları dəyərində 0,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 6 il 3 aylıq fasilənin ardından Danimarkadan (0,23 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.