Azərbaycan daha iki ölkədən sistern tədarükünə başlayıb

Biznes
  • 19 dekabr, 2022
  • 13:18
Azərbaycan daha iki ölkədən sistern tədarükünə başlayıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 25,31 milyon ABŞ dolları dəyərində 2 min 410 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 66 % çoxdur.

Hesabat dövründə Almaniyadan 19,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 1 min 911 ədəd (+84 %), Türkiyədən 2,04 milyon ABŞ dolları dəyərində (-16 %) 124 ədəd (-35 %), Polşadan 1,695 milyon ABŞ dolları dəyərində (+82 %) 173 ədəd (+84 %), Fransadan 582,9 min ABŞ dolları dəyərində (+45,4 %) 61 ədəd (+33 %), Belçikadan 406,32 min ABŞ dolları dəyərində (+12 dəfə) 16 ədəd (+4 dəfə) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksika və Sinqapurdan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 13 min ABŞ dolları dəyərində 1 ədəd və 17 min ABŞ dolları dəyərində 1 ədəd sistern idxal edilib.

44 - Tezliklə