Baş katib: Müasir dünya təkcə keçmişin çağırışları ilə deyil, həm də yeni problemlərlə üzləşir
- 07 oktyabr, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Astana Sülh Bəyannaməsi sadəcə ümumi prinsipləri təsbit etməməli, həm də praktiki davam və konkret nəticələr əldə etməlidir.
"Report"un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin XXIV iclasında bildirib.
"2025-ci ildə bu istiqamətdə işimizi davam etdirməyə imkan verən Astana Sülh Bəyannaməsi qəbul edilib. Bu bəyannamə xüsusi əhəmiyyətə malikdir, lakin təkcə orada təsbit olunanlar deyil, həm də onun həyata keçirilməsi vacibdir", - Əbdülsalam bildirib.
O vurğulayıb ki, bəyannamələr və digər sənədlərin müddəaları praktiki davamını tapmadıqda öz səmərəliliyini itirir.
"Həyata keçirilməyən bəyannamə öz funksionallığını itirir, buna görə də biz onun reallaşdırılmasına doğru irəliləməliyik", - Müsəlman Ağsaqqalları Şurasının baş katibi qeyd edib.
M.Əbdülsalam qeyd edib ki, müasir dünya təkcə keçmişin çağırışları ilə deyil, həm də elmi, texnoloji və ekoloji dəyişikliklərlə bağlı yeni problemlərlə üzləşir.