Avropanın poçt operatorları Bakıda yeni çağırışlara uyğunlaşmanı müzakirə edirlər

İKT
  • 07 oktyabr, 2026
  • 10:18
Avropanın poçt operatorları Bakıda yeni çağırışlara uyğunlaşmanı müzakirə edirlər

Elektron ticarətin sürətli inkişafı və geosiyasi parçalanma poçt operatorları qarşısına dəyişən reallıqlara operativ uyğunlaşma vəzifəsini qoyur.

"Report"un məlumatına görə, bu barədə "PostEurop"un sədri Yelena Fernandes-Rodriges Bakıda keçirilən "PostEurop 2026" Baş Assambleyası və Biznes forumunda bildirib.

"Xarici şərait və bazarımız əvvəllər heç vaxt olmadığı qədər sürətlə dəyişir. Biz artan tənzimləmə təzyiqinin, gömrük tənzimlənməsindəki dəyişikliklərin, logistik dəyər zəncirlərindəki pozuntuların, transsərhəd onlayn ticarətin genişlənməsinin və geosiyasi parçalanmanın fəaliyyətimizə və qarşılıqlı əlaqələrimizə necə təsir göstərdiyini müşahidə edirik", - o qeyd edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, hazırkı şəraitdə təşkilatın əsas vəzifəsi təkcə operatorların maraqlarının müdafiə edilməsi və dayanıqlı universal xidmətin təmin olunmasından deyil, həm də sahə iştirakçılarının birləşdirilməsindən ibarətdir.

E.Fernandes-Rodriqes həmçinin bildirib ki, Bakı forumu zamanı iştirakçılar dəyişən bazar konyunkturası şəraitində "PostEurop"un öz üzvləri üçün əhəmiyyətinin qorunub saxlanması və artırılması ilə bağlı strateji məsələləri müzakirə etmək, həmçinin qabaqcıl təcrübələri bölüşmək və yeni işgüzar əlaqələr qurmaq niyyətindədirlər.

44 filmi