Azərbaycan daha bir ölkəyə heyva tədarük etməyə başlayıb

Biznes
  • 04 iyul, 2023
  • 07:19
Azərbaycan daha bir ölkəyə heyva tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 384 min ABŞ dolları dəyərində 397 ton heyva ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 370 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42,3 % çoxdur) 382 ton (+40,4 %), Belarusa 6,2 min ABŞ dolları dəyərində (+19 %) 5 ton (-12,6 %), Qazaxıstana 5,4 min ABŞ dolları dəyərində (+10,4 dəfə) 9,2 ton (+6,6 dəfə), Səudiyyə Ərəbistanına 1,9 min ABŞ dolları dəyərində 0,5 ton, Qətərə 0,1 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) meyvə satılıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 1 min 619 ton heyvanın 94,4 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə