Azərbaycan daha bir ölkədən velosiped idxal etməyə başlayıb
- 12 may, 2023
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 633,4 min ABŞ dolları dəyərində 15 min 759 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 54,3 % azdır.
Azərbaycan Çindən 540,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 15 min 169 ədəd (-55 %), Rusiyadan 52 min ABŞ dolları dəyərində (-42,4 %) 389 ədəd (-38 %), Türkiyədən 21,34 min ABŞ dolları dəyərində (-21,7 %) 8 ədəd (-50 %), Kambocadan 10 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 51 ədəd (+3 dəfə), Almaniyadan 5,31 min ABŞ dolları dəyərində (-58 %) 117 ədəd (+2,1 dəfə) məhsul idxal edilib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikadan (0,43 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.