Azərbaycan daha bir ölkədən avtomobil şini almağa başlayıb

Biznes
  • 18 dekabr, 2024
  • 09:37
Azərbaycan daha bir ölkədən avtomobil şini almağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 77,2 milyon ABŞ dolları dəyərində 1 milyon 520 min 22 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 52,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % azdır) 1 milyon 3 min 999 ədəd (-10 %), Türkiyədən 8,4 milyon ABŞ dolları dəyərində (-23 %) 164 min 622 ədəd (-10 %), Rusiyadan 3,8 milyon ABŞ dolları dəyərində (-1 %) 114 min 170 ədəd (-2 %), Cənubi Koreyadan 2,95 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 55 min 357 ədəd (+4 dəfə), Tailanddan 2,9 milyon ABŞ dolları dəyərində (-32 %) 53 min 536 ədəd (-49 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kambocadan (37,5 min ABŞ dolları dəyərində 816 ədəd) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 38 ölkədən idxal edilmiş 1,98 milyon ədəd avtomobil şininin 69,2 %-i Çinin payına düşüb.