Azərbaycan Cənubi Afrikadan mebel idxalını bərpa edib

Biznes
  • 05 fevral, 2024
  • 10:52
 Azərbaycan Cənubi Afrikadan mebel idxalını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 40,4 milyon ABŞ dolları dəyərində 246 min 441 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,2 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 27,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 % çoxdur) 165 min 959 ədəd (-0,1 %), İtaliyadan 5,3 milyon ABŞ dolları dəyərində (+15 %) 5 min 658 ədəd (+39 %), Belarusdan 2 milyon ABŞ dolları dəyərində (+35 %) 13 min 430 ədəd (+2 dəfə), Çindən 1,4 milyon ABŞ dolları dəyərində (-10,3 %) 23 min 468 ədəd (+6,8 %), Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (-7 %) 21 min 145 ədəd (+22 %) məhsul alıb.

7 ilin tamamında Cənubi Afrikadan (4,8 min ABŞ dolları dəyərində 140 ədəd) mebel tədarükü bərpa edilib.

44 - Tezliklə