Azərbaycan buğda idxalına çəkdiyi xərci 15 % azaldıb

Biznes
  • 31 dekabr, 2024
  • 11:35
Azərbaycan buğda idxalına çəkdiyi xərci 15 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 117,3 min ton buğda idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 241 milyon 93 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 22,3 min ton (2%) çoxdur, dəyər baxımından isə 42,3 milyon ABŞ dolları (14, 9%) azdır.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.

44 - Tezliklə