Azərbaycan bu il Saratovdan 243 min ton taxıl alıb
- 05 iyul, 2024
- 10:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Saratov vilayətindən 243 min ton ərzaqlıq buğda və arpa idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, eyni dövrdə Rusiyanın Saratov və Samara vilayətindən 675,1 min ton taxıl və onun emalı məhsulları ixrac edilib. Bunun 528,5 min tonu Saratov, 146,6 min tonu isə Samara vilayətinin payına düşüb. Saratovdan 29 ölkəyə, Samaradan isə 18 ölkəyə ixrac həyata keçirilib.
Hesabat dövründə Saratovdan Qazaxıstana (161,1 min ton buğda, arpa, safran və un), Latviyaya (22,5 min ton ərzaq buğdası və un) və Türkiyəyə (22,3 min ton günəbaxan unu, darı, noxud), eləcə də Samaradan Qazaxıstana (45 min ton buğda, kəpək, un, kartof) və İrana (31,6 min ton arpa) məhsul göndərilib.