Azərbaycan bir ölkədən portağal şirəsinin idxalını bərpa edib
- 05 yanvar, 2023
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 923 min ABŞ dolları dəyərində 611,15 ton portağal şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,7 %, kəmiyyət olaraq – 26 % azdır.
Rusiyadan 319 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 218 ton (+2,4 dəfə), Braziliyadan 169 min ABŞ dolları dəyərində (-6,7 %) 64,1 ton (-17 %), Ukraynadan 163 min ABŞ dolları dəyərində (-69 %) 148,3 ton (-69,4 %), İsraildən 136 min ABŞ dolları dəyərində (-13 %) 71,6 ton (-14,3 %), İtaliyadan 38 min ABŞ dolları dəyərində (-46 %) 20 ton (-50 %) məhsul alınıb.
Üç il 6 aylıq fasilənin ardından Kiprdən tədarük bərpa edilib. Həmin ölkədən 5 min ABŞ dolları dəyərində 7,4 ton şirə alınıb.
Azərbaycanın 2021-ci ildə idxal etdiyi (16 ölkədən) 983,2 ton portağal şirəsinin 58,5 %-i Ukraynanın payına düşüb.