Azərbaycan Belarusa qarğıdalı yağının ixracını bərpa edib
- 01 iyul, 2024
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində 5 min 803 ton qarğıdalı yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Azərbaycana Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 11 % çoxdur) 2 min 923 ton (+31 %), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (-46 %) 1 min 337 ton (-42 %), Amerika Birləşmiş Ştatlarından 2 milyon ABŞ dolları dəyərində 1 min 521 ton, İtaliyadan 50 min ABŞ dolları dəyərində (-82 %) 20 ton (-80 %) və Almaniyadan 4,7 min ABŞ dolları dəyərində (-57 ) 0,71 ton (-57 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan 144 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 73 ton (+5,4 dəfə) qarğıdalı yağı ixrac edilib.
Azərbaycan Gürcüstana 133,9 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 67,8 ton (+5,7 dəfə), Qazaxıstana 6,65 min ABŞ dolları dəyərində 3,5 ton, Qırğızıstana 2,4 min ABŞ dolları dəyərində (-37 %) 1 ton (dəyişməyib) və Belarusa 1,2 min ABŞ dolları dəyərində 0,6 ton qarğıdalı yağı satıb.
Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Belarusa qarğıdalı yağının tədarükünü bərpa edib.