Azərbaycan 3 ölkəyə elektrik naqili ixrac etməyə başlayıb
- 30 mart, 2024
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 13,8 milyon ABŞ dolları dəyərində 3 min 573 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 1 min 314 ton (+2,4 dəfə), Belarusa 4,25 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 176 ton (+2,3 dəfə), Ukraynaya 3 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 736 ton (+2,6 dəfə), Qazaxıstana 485 min ABŞ dolları dəyərində (-52 %) 77 ton (-46 %), Tacikistana 420 min ABŞ dolları dəyərində (-17 %) 69 ton (-19 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyaya (105 min ABŞ dolları dəyərində 16,5 ton), Moldovaya (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Uqandaya (0,4 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.