Azərbaycan 3 ölkədən kerosin tədarük etməyə başlayıb

Biznes
  • 05 mart, 2025
  • 14:18
Azərbaycan 3 ölkədən kerosin tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycana 19,3 milyon ABŞ dolları dəyərində 21 min 871 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 8,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azdır) 15 198 ton (-15 %), Belçikadan 6,95 milyon ABŞ dolları dəyərində (-45 %) 4 min 441 ton (-44 %), Sinqapurdan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 497 ton (4 il 10 aydan sonra bərpa edilib), Səudiyyə Ərəbistanından 870 min ABŞ dolları dəyərində 489 ton, Türkiyədən 256,3 min ABŞ dolları dəyərində (-95 %) 157 ton (-94 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkadan (1 min ABŞ dolları dəyərində 0,06 ton), Kanadadan (0,6 min ABŞ dolları dəyərində 0,02 ton) və Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.