Aviasiya şirkətləri kütləvi ixtisarlara başlayıb

Biznes
  • 20 mart, 2020
  • 08:30
Aviasiya şirkətləri kütləvi ixtisarlara başlayıb
Report/Firudin Salimov

Koronavirusun (COVID 19) ən çox təsir etdiyi sektorlardan olan aviasiyada şirkətlər kütləvi ixtisarlara başlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Kanadanın “Air Canada” aviaşirkəti 5 100 işçisini işdən çıxaracaq. İxtisarlar əsasən kabin heyətini əhatə edəcək.