BMT-nin baş katibi ilk Avropa Oyunlarının keçirilməsini alqışlayır

Avropa Oyunları
  • 11 iyun, 2015
  • 19:43
BMT-nin baş katibi ilk Avropa Oyunlarının keçirilməsini alqışlayır

Bakı. 12 İyun. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun birinci Avropa Oyunlarının keçirilməsini alqışlayıb, Azərbaycan xalqını və hökumətini bu böyük tədbirin uğurlu təşkili ilə əlaqədar təbrik edib.

"Report"un BMT-nin rəsmi saytında istinadən verdiyi xəbərə görə, BMT-ın baş katibi ümidvar olduğunu bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi beynəlxalq və regional əməkdaşlığın inkişafına təkan verəcək.