Avropa Oyunlarının 14-cü günü medal qazanan ölkələr - CƏDVƏL
- 26 iyun, 2015
- 01:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında geridə qalan yarışların nəticələrinə əsasən, Azərbaycan medal siyahısında hələ də 2-ci pillədəki mövqeyini qoruyub saxlamaqdadır.
"Report"un məlumatına görə, siyahının birinci pilləsində əvvəlki kimi Rusiya qərarlaşsa da, üçüncü mövqedəki Almaniya yerini Böyük Britaniyaya təhvil verməli olub.
Azərbaycan Oyunların 14-cü günü hesabına 5 medal əlavə edib.
Rusiya isə son yarış günündə hesabına daha 14 medal əlavə etməklə onların ümumi sayını 123-ə çatdırıb. 4-cü yerdə qərarlaşan Böyük Britaniya cümə axşamı 8 medal qazanmaqla 3-cü pilləyə yüksəlib və Almaniyanı geridə qoyub.
Digər medal qazanan ölkələr sırasında Fransa, Norveç, İtaliya, Böyük Britaniya, Macarıstan, Hollandiya, Ukrayna və İsrailin adı var.
| Sıra | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
| 1 | Rusiya | 59 | 32 | 32 | 123 |
| 2 | AZƏRBAYCAN | 15 | 13 | 18 | 46 |
| 3 | B.Britaniya | 14 | 6 | 14 | 34 |
| 4 | Almaniya | 13 | 12 | 22 | 47 |
| 5 | Belarus | 10 | 10 | 22 | 42 |
| 6 | İtaliya | 9 | 16 | 7 | 32 |
| 7 | Macarıstan | 8 | 4 | 7 | 19 |
| 8 | Serbiya | 8 | 4 | 1 | 13 |
| 9 | İspaniya | 7 | 8 | 9 | 24 |
| 10 | İsveçrə | 7 | 4 | 3 | 14 |
| 11 | Ukrayna | 6 | 11 | 18 | 35 |
| 12 | Fransa | 6 | 8 | 14 | 28 |
| 13 | Hollandiya | 5 | 8 | 7 | 20 |
| 14 | Türkiyə | 5 | 4 | 17 | 26 |
| 15 | Belçika | 4 | 3 | 1 | 8 |
| 16 | Portuqaliya | 3 | 4 | 2 | 9 |
| 17 | Polşa | 2 | 7 | 7 | 16 |
| 18 | Avstriya | 2 | 6 | 3 | 11 |
| 19 | Rumıniya | 2 | 4 | 4 | 10 |
| 20 | Slovakiya | 2 | 2 | 3 | 7 |
| 21 | Litva | 2 | 0 | 3 | 5 |
| 22 | Xorvatiya | 1 | 4 | 5 | 10 |
| 23 | Yunanıstan | 1 | 4 | 2 | 7 |
| 24 | İsveç | 1 | 3 | 3 | 7 |
| 25 | Latviya | 1 | 0 | 1 | 2 |
| 26 | Sloveniya | 1 | 0 | 0 | 1 |
| 27 | Gürcüstan | 0 | 3 | 8 | 11 |
| 28 | İsrail | 0 | 3 | 5 | 8 |
| 29 | Bolqarıstan | 0 | 3 | 4 | 7 |
| 30 | Danimarka | 0 | 2 | 2 | 4 |
| 31 | Çexiya | 0 | 1 | 4 | 5 |
| 32 | Moldova | 0 | 1 | 2 | 3 |
| 33 | San-Marino | 0 | 1 | 1 | 2 |
| 34 | Ermənistan | 0 | 1 | 0 | 1 |
| 34 | Kipr | 0 | 1 | 0 | 1 |
| 34 | İrlandiya | 0 | 1 | 0 | 1 |
| 37 | Estoniya | 0 | 0 | 2 | 2 |
| 37 | Makedoniya | 0 | 0 | 2 | 2 |
| 37 | Norveç | 0 | 0 | 2 | 2 |
| 40 | Finlandiya | 0 | 0 | 1 | 1 |
| 40 | Kosovo | 0 | 0 | 1 | 1 |
| 40 | Monteneqro | 0 | 0 | 1 | 1 |