Nazir: "Azərbaycanda ərazilərin 12 %-də müasir suvarma sistemlərindən istifadə edilir"

ASK
  • 01 oktyabr, 2025
  • 12:25
Nazir: Azərbaycanda ərazilərin 12 %-də müasir suvarma sistemlərindən istifadə edilir

Azərbaycanda suvarılan ərazilərin 11-12 %-də müasir suvarma sistemlərindən istifadə edilir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günü çərçivəsində keçirilən "İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son bir-iki ildə ölkədə suvarma sistemlərindən istifadə 6-7 %-dən 11-12 %-ə artıb: "Bu, məni qane etmir. Biz bunun daha çoxuna nail olmalıyıq. Müasir suvarma sistemlərinin tətbiqinin 100 %-ə qədər artırmaq istiqamətində yol tutmalıyıq".

Nazir qeyd edib, iqlim dəyişikliyi deyəndə ağla təbii fəlakətlər və onların gətirdiyi fəsadlar gəlir: "Lakin su fəlakətinin fermerlərin təsərrüfatına və gəlirlərinə göstərdiyi təsirlər də diqqətdə saxlanılmalıdır. Azərbaycanda ildən-ilə əkin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülür. İqlimə dayanıqlılıq fermerin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. İqlim dəyişikliyi bir dövlət, bir bölgənin məsələsi deyil, hamının məsələsidir. Burada özəl sektor nümayəndələri, QHT-lər, sahibkarlar da maraqlı olmalıdırlar və aktiv rol almalıdırlar".

Son xəbərlər

Bütün Xəbər Lenti