Daha 5 nəfərin vergi borcuna görə Azərbaycandan çıxışına qadağa qoyulub

ASK
  • 29 sentyabr, 2016
  • 06:49
Daha 5 nəfərin vergi borcuna görə Azərbaycandan çıxışına qadağa qoyulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə, Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 539-a çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayında isə dəyişiklik yoxdur və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 893-dan 898-ə çatıb.

44 - Tezliklə