Azərbaycanın daha 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

ASK
  • 17 mart, 2017
  • 05:13
Azərbaycanın daha 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 5 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Ağcabədi-Pambıq”, “Ucar-Pambıq”, “Göyçay-Pambıq”, “Yevlax-Pambıq” və “Bərdə-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

№ ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Ağcabədi-Pambıq” 19 may saat 10:00 Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 257 2000 1 984 318 manat
2 “Ucar-Pambıq” 19 may saat 15:00 Ucar şəhəri, Heydər Əliyev küçəsi, 47 1999 1 800 162 manat
3 “Göyçay-Pambıq” 25 may saat 11:00 Göyçay şəhəri, Əfəndiyev küçəsi, 4 1999 55 256 manat
4 “Yevlax-Pambıq” 25 may saat 14:30 Yevlax şəhəri, Pişəvəri küçəsi, 1 1999 3 004 008 manat
5 “Bərdə-Pambıq” 25 may saat 17:00 Bərdə şəhəri, Nizami küçəsi, 75 1999 1 011 080 manat