Azərbaycanda aqrar sığorta ödənişləri 46 %-ə yaxın artıb
ASK
- 14 yanvar, 2025
- 06:59
2024-cü ildə Aqrar Sığorta Fondu 6,423 milyon manat sığorta ödənişi həyata keçirib.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib.
Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 45,75 % çoxdur.
"Kəskin artım iqlim dəyişiklikləri fonunda baş verib. Bu ilin ilk 10 günündə isə 500 min manata yaxın sığorta ödənişi həyata keçirilib", - deyə sədr müavini qeyd edib.
Bundan başqa, Fond rəsmisi deyib ki, ötən il bağlanmış sığorta müqavilələrinin sayında 11 %, fermerlərin sayında isə 38 %-ə yaxın artım olub: "Bu da fermerlərin aqrar sığortaya marağının getdikcə artığını göstərir".
Son xəbərlər
06:22
ABŞ Hörmüzü minalamağa hazırlaşan SEPAH-a zərbə endirdiyini açıqlayıb
Digər ölkələr06:06
Çinin J-10C qırıcıları Özbəkistanda döyüş növbətçiliyinə başlayıb
Digər ölkələr05:45
Nikuşor Dan: ABŞ-nin Rumıniyada hərbi iştirakının genişləndirilməsi prioritetdir
Digər ölkələr05:17
İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib
Digər ölkələr04:52
Platini İnfantinonu FİFA prezidenti postundan getməyə çağırıb
Digər ölkələr04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək
Region04:16
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Region03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14