Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək

Region
  • 31 avqust, 2026
  • 04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana səfəri ilə əlaqədar olaraq, dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz icra edəcək.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Ərdoğanın 31 avqust - 1 sentyabr tarixlərində Qırğızıstana səfər etməsi səbəbindən Türkiyə Respublikası Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq geri dönənə qədər prezidentliyə Vitse-prezident Cevdet Yılmaz vəkalət edəcək", - məlumatda bildirilib.

Xatırladaq ki, Ərdoğan Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə qatılacaq.

44 - Tezliklə