SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB

Digər ölkələr
  • 31 avqust, 2026
  • 03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Larak adasına dron hücumuna raket və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" bazası atəşə tutulub.

"Düşmənin texniki və təmir infrastrukturları, eləcə də qırıcılarının yerləşdiyi Məlik Hüseyn və Əl-Əzrəq adlı iki aviabazası darmadağın edilib", - bəyanatda bildirilib.

"Fox News"un jurnalisti Trey Yinqst mənbələrə istinadən bildirib ki, İran İordaniyada yerləşdirilmiş Amerika hərbçilərinə hücum edib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

Jurnalistin sözlərinə görə, İranın buraxdığı raketlərin demək olar ki, hamısını zərərsizləşdirmək mümkün olub. "Hücum nəticəsində ciddi ziyan qeydə alınmayıb", - jurnalist bildirib.