Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını 34 % azaldıb
- 20 noyabr, 2026
- 14:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 9,93 milyon ABŞ dolları dəyərində 3 min 474 ton qoyun və keçi ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 34 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
10 ayda Gürcüstan xarici ölkələrə 31,8 milyon ABŞ dolları dəyərində 8 min 348 ton qoyun və keçi satıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 40 % və 14 % çoxdur.
Hesabat dövründə Gürcüstan Səudiyyə Ərəbistanına 11,7 milyon ABŞ dolları dəyərində 2 min 398 ton, İraqa 4,44 milyon ABŞ dolları dəyərində 1 134 ton, Küveytə 2,3 milyon ABŞ dolları dəyərində 603 ton, Qətərə 2,22 milyon ABŞ dolları dəyərində 482 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstandan xaricə 8 min 458 ton qoyun və keçi göndərilib ki, bunun da 5 min 776 tonu Azərbaycanın payına düşüb.