Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb

ASK
  • 27 oktyabr, 2026
  • 20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Toxumçular Birliyinin (ECOSA) Daşkənddə keçirilən konqresinə qatılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında yazıb.

Məlumat verilib ki, ECOSA-nın Toxumçuluq üzrə IX Konqresi aqrar sektorun inkişaf perspektivlərinin və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformadır. "Oktyabrın 27–28-də Daşkənddə keçirilən konqresin işində iştirak etdim", - səfir bildirib.

Tədbirin toxumçuluğun təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması və aqrar sahədə innovativ həllərin tətbiqi məsələlərinə həsr olunduğu qeyd olunub:

"Müxtəlif ölkələrin nümayəndələrinin konqresdə iştirakı təcrübə mübadiləsinə, aktual məsələlərin müzakirəsinə və beynəlxalq tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır".