Azərbaycan Almaniya və Türkiyəyə fındıq satışını dəfələrlə artırıb

ASK
  • 08 aprel, 2025
  • 12:20
Azərbaycan Almaniya və Türkiyəyə fındıq satışını dəfələrlə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 14 milyon ABŞ dolları dəyərində 2 025 ton meşə fındığı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 5,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 % çoxdur) 891 ton (-13 %), Almaniyaya 4,7 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 608 ton (+2,4 dəfə), İtaliyaya 1,34 milyon ABŞ dolları dəyərində (+66 %) 174 ton (+58 %), Türkiyəyə 805 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 124 ton (+2,8 dəfə), İsveçrəyə 655 min ABŞ dolları dəyərində (+57 %) 100 ton (+67 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 20,17 min ton meşə fındığının 57 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə