Zaur Məmmədov: Azərbaycan Gürcüstan və Ermənistandan fərqli olaraq siyasi cəhətdən qütbləşməyib

Xarici siyasət
  • 14 may, 2026
  • 11:13
Zaur Məmmədov: Azərbaycan Gürcüstan və Ermənistandan fərqli olaraq siyasi cəhətdən qütbləşməyib

Azərbaycan Gürcüstan və Ermənistandan fərqli olaraq siyasi cəhətdən qütbləşməyib.

"Report" xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, xarici qüvvələr tərəfindən Azərbaycana qarşı daim erməni məsələsi həyata keçirilib, kuratorluq cəhdləri edilib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xarici siyasətini çox incə və çevik şəkildə həyata keçirir. Zəfərdən sonra Ermənistanla sülh prosesinin təşəbbüskarı da məhz Azərbaycandır, bu, heç kəsə sirr deyil".

Z.Məmmədov bildirib ki, dövlət başçısı Zəngilandakı çıxışında Ermənistandakı parlament seçkilərinə toxunub:

"Prezidentin də qeyd etdiyi kimi, əgər o seçkilərdə revanşist qüvvələr qalib gələrsə, erməni xalqı bunun bəlasını çəkəcək. Bu mənada Ermənistandakı parlament seçkiləri həyati önəm kəsb edir".

Ekspert ABŞ-İran müharibəsinin gedişində Azərbaycana qarşı aparılan qərəzli kampaniyalara da diqqət çəkib:

"Azərbaycan bu mənada belə gedişlərə hazırlıqlı olmalıdır".

44 filmi