Zaqrebdə Azərbaycanın mina probleminə həsr edilən "Minalardan azad dünya" adlı fotosərgi keçirilib
- 14 oktyabr, 2026
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycanın mina probleminə həsr edilən "GOAL 18: Minalardan azad dünya" adlı fotosərgi keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, sərgi paytaxtın Avropa meydanında təşkil olunub.
Tədbirin keçirilməsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin minalardan azad dünyaya həsr olunmuş yeni Dayanıqlı İnkişaf Məqsədinin qəbul edilməsi ilə bağlı təklifinə əsaslanır.
Fotosərginin məqsədi qlobal mina təhlükəsi barədə beynəlxalq məlumatlılığı artırmaq və "Minalardan azad dünya" adlı yeni, 18-ci Dayanıqlı İnkişaf Məqsədinin (DİM) yaradılması təşəbbüsünü təşviq etmək olub.
Sərgidə minaların insan həyatına təsirlərini, mina qurbanlarının dözümlülüyünü və onların həyatlarını yenidən qurmaq əzmini əks etdirən 20–22 iriformatlı fotoşəkil nümayiş etdirilib. Həmçinin qlobal mina təhlükəsinə dair fakt və statistik məlumatlar təqdim olunub.