Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub
Region
- 30 oktyabr, 2026
- 23:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Kareliya Respublikasının Kondopoqa rayonunda R-21 "Kola" avtomobil yolunda baş verən yol qəzasında iki polis əməkdaşı da daxil olmaqla üç nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Qəza nəticəsində üç nəfər, o cümlədən iki polis əməkdaşı həlak olub. Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirirmişlər", – deyə məlumatda bildirilib.
Daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisənin bütün təfərrüatları araşdırılır.
Yerli mətbuatın məlumatına görə, qəza yük maşını ilə məhbus daşıyan xüsusi avtomobilin ("avtozak") toqquşması nəticəsində baş verib. Həlak olan üçüncü şəxsin məhbus olduğu bildirilir.
Son xəbərlər
03:39
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
Region
03:03
Foto
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət siyasəti
02:51
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
Region
02:15
Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifələrindən kənarlaşdırılıb
Digər ölkələr
01:56
Hakan Fidan Marko Rubio ilə regional məsələləri müzakirə edib
Digər ölkələr
01:19
İran rəqibin "bütün gözləntilərini üstələyəcək" hərbi plan hazırladığını açıqlayıb
Digər ölkələr
00:52
UKMTO: İranın Lavan adası yaxınlığında gəmi naməlum mərmi ilə vurulub
Digər ölkələr
00:21
Foto
Video
Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
Hadisə
00:14
Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib
Digər ölkələr