"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Futbol
  • 30 oktyabr, 2026
  • 23:56
Araz-Naxçıvan futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın "Piast" komandasına qarşı keçirib.

Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu qrupu 3 xalla başa vurub.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.