YAP nümayəndə heyəti Antalyada Türkiyə XİN başçısı ilə görüşüb

Xarici siyasət
  • 23 may, 2023
  • 15:28
YAP nümayəndə heyəti Antalyada Türkiyə XİN başçısı ilə görüşüb

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalyada qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, görüş zamanı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət!” kəlamını bir daha xatırladaraq qardaşlığımızın bundan sonra da bütün müstəvilərdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.

44 - Tezliklə