Yan Kubiş: Ölkələrin əksəriyyəti beynəlxalq hüquqa sadiq qalır
- 12 mart, 2026
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkələrin əksəriyyəti beynəlxalq hüququ pozan bəzi böyük oyunçulara baxmayaraq, bu hüquqa sadiq qalır.
"Report"un məlumatına görə, bunu Slovakiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yan Kubiş bildirib.
Onun sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti hələ də qaydalara, normalara və qarşılıqlı öhdəliklərə əsaslanan nizama sadiqdir.
Y.Kubiş bildirib ki, dünyada qeyri-liberal beynəlxalq nizamın artımı müşahidə olunur: "Bununla mübarizə aparmaq lazımdır, çünki o, aqressiv millətçiliyi gücləndirir. Bu həddindən artıq, müdafiə xarakterli millətçilik bu gün çox nüfuzlu dövlətlər də daxil olmaqla, bir sıra böyük oyunçuların davranışında özünü göstərir".
Onun fikrincə, çətinliklərə baxmayaraq, bu ideyalarla mübarizə aparmaq zəruridir.