Xorvatiyanın XİN rəhbəri Azərbaycana gəlib

Xarici siyasət
  • 28 aprel, 2019
  • 17:05
Xorvatiyanın XİN rəhbəri Azərbaycana gəlib

Xorvatiya Baş Nazirinin Müavini və Xarici və Avropa Əlaqələri naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.

Daha sonra xanım Nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) Səfirliyinin açılış mərasimi keçiriləcək, mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.