"Qarabağ" klubu Muarem Zekirin hakimi təhqir etməsi iddiasına münasibət bildirib
- 14 oktyabr, 2026
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" klubu əvəzedicilərdən ibarət komandanın məşqçisi Muarem Zekirin 4 oyunluq cəzalanmasına münasibət bildirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub həmin hadisəyə görə Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcəyini diqqətə çatdırıb:
"Biz məşqçilərimizlə danışdıq. Onlar bildirdilər ki, orada hansısa təhqirdən istifadə olunmayıb. Sadəcə, hakimlər fərqli formada qəbul ediblər. Buna baxmayaraq, bu mövzu ilə bağlı şikayət etməyəcəyik".
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Qarabağ-2"nin məşqçisi Muarem Zekiri "Zirə-2" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyini əsas göstərərək 4 oyunluq cəzalandırıb. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.