Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmiryoluna həsr edilən konfrans keçirilib

Xarici siyasət
  • 15 noyabr, 2017
  • 07:18
Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmiryoluna həsr edilən konfrans keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Vaşinqtonda “Bakı-Tbilisi-Qars dəmiryolu: regional təsiri və ABŞ-ın imkanları” adlı konfrans keçirilib.

“Report” Anadolu agentiyinə istinadən xəbər verir ki, tədbir mərkəzi Vaşinqtonda yerləşən Xəzər Siyasi Mərkəzinin tərəfindən təşkil edilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri, ABŞ siyasətçi və diplomatları iştirak ediblər.

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc BTQ dəmiryolunun əhəmiyyətindən danışarkən deyib ki, bu xətt sadəcə iqtisadi cəhətdən regional əhəmiyyətli plan deyil, eyni zamanda bölgəyə sülh, rifah, təhlükəsizlik və sabitlik gətirəcək: “Burada üç ölkənin bir-birinə bağlanmasından bəhs olunmur. Bu xətt Orta Asiya ölkələrinin Qərblə nəqliyyat əlaqəsi saxlamasına da xidmət edəcək”.