Bahar Muradova: Müasir texnologiyalar ailə münasibətləri və uşaqların inkişafına ciddi təsir göstərir
- 21 oktyabr, 2026
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir texnologiyalar ailə münasibətlərinə, valideynlik məsuliyyətlərinə və uşaqların inkişafına ciddi təsir göstərir.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə forumunda deyib.
O, müasir texnologiyaların ailə münasibətlərinə, valideynlik məsuliyyətlərinə və uşaqların inkişafına ciddi təsir göstərdiyini vurğulayıb:
"Uşaqları süni intellektin mənfi təsirlərindən qorumaq üçün öncə valideyn özü texnologiyadan düzgün istifadəni öyrənməlidir. Bununla yanaşı valideynlər daim övladları ilə ünsiyyətdə olmalıdırlar".
B.Muradova qeyd edib ki, Azərbaycanda 2,3 milyona yaxın ev təsərrüfatı mövcuddur və onların 1,3 milyonundan çoxunda 18 yaşadək uşaqlar var:
"Bu göstəricilər ailə institutunun möhkəmləndirilməsi baxımından hər birimizin üzərinə vəzifə qoyur. Çünki ailə təsərrüfatlarının sayı, çoxuşaqlı, çoxformatlı ailələrin tərkibi bizim qarşımızda bütün bunları həm siyasət, həm də mexanizmlərdə nəzərə almaq vəzifəsi qoyur".