Ukrayna səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Xarici siyasət
  • 09 iyun, 2024
  • 08:21
Ukrayna səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə baş çəkib.

“Report” xəbər verir ki, bu barədə Mərkəzin sosial şəbəkə hesabında bildirilib.

“Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyevi ofisimizdə salamlamaqdan çox məmnun olduq”, – paylaşımda qeyd olunub.

Diplomatı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov qarşılayıb.

Xatırladaq ki, mayın 24-də NGBM Baş katib Rövşən Muradovla Böyük Britaniyaın keçmiş baş naziri ilə görüşünə dair məlumat yaymışdı.