Panamada daha bir güclü zəlzələ baş verib

Digər ölkələr
  • 13 oktyabr, 2026
  • 04:52
Panamada daha bir güclü zəlzələ baş verib

Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib.

"Tarix: 12 oktyabr 2026-cı il. Vaxt: yerli vaxtla 18:20:36. Maqnituda: 6,4. Dərinlik: 5 kilometr", - məlumatda qeyd olunub.

Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib.

Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən üç gün sonra baş verib. Həmin vaxt Tonosidən 39 kilometr şimal-qərbdə, dörd kilometr dərinlikdə 7,2 maqnitudalı zəlzələ baş vermişdi.