ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
- 13 oktyabr, 2026
- 05:18
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Konqresinin hər iki partiyasını təmsil edən altı senatordan ibarət qrup Rusiya ilə dizel yanacağı tədarükünə dair razılaşmadan sonra prezident Donald Trampın administrasiyasını dərhal kursu dəyişməyə çağırıb.
"Report"un "Associated Press"ə istinadən məlumatına görə, bəyanatı respublikaçı senatorlar Syuzan Kollinz (Men ştatı), Liza Murkovski (Alyaska), Tom Tillis (Şimali Karolina) və Con Kertis (Yuta), eləcə də demokrat senatorlar Cinn Şeyxin (Nyu-Hempşir) və Riçard Blumental (Konnektikut) imzalayıblar.
Onların sözlərinə görə, administrasiya qanunun tələb etdiyi kimi konqreslə məsləhətləşməyib və heç bir izahat təqdim etməyib.
Senatorlar xatırladıblar ki, 2022-ci ildə konqres Rusiya enerji daşıyıcılarının idxalını qadağan edib.
Öz növbəsində, respublikaçı senator Con Barrasso (Vayominq) bildirib ki, Tramp diqqətini enerji daşıyıcılarının qiymətlərinin azaldılmasına cəmləyib.
Xatırladaq ki, oktyabrın 9-da Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub, bundan sonra ABŞ lideri Rusiya dizel yanacağının tədarükünə dair razılaşmanı elan edib.