Türkiyəli deputat: "İran əngəl yaradır, amma bilirik ki, Zəngəzur dəhlizi açılacaq"

Xarici siyasət
  • 04 fevral, 2023
  • 12:58
Türkiyəli deputat: İran əngəl yaradır, amma bilirik ki, Zəngəzur dəhlizi açılacaq
Şamil Ayrım

"İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq".

"Report " xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Ş.Ayrım bildirib ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir:

"Biz kinli millət deyilik. Amma 30 illik qaçqınlıq, köçkünlük həyatının cavabı verilməlidir. Düzdür, İran buna əngəl yaradır, amma biz bilirik ki, Zəngəzur dəhlizi də açılacaq və biz avtomobillə Azərbaycana gələcəyik".