Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
- 22 oktyabr, 2026
- 04:32
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın "Leyptsiq" komandasına qarşı oyunda (4:1) Federiko Valverdenin sağ cinah müdafiəçisi mövqeyindəki çıxışını yüksək qiymətləndirib.
"Report"un məlumatına görə, mütəxəssisin bununla bağlı sözləri UEFA-nın rəsmi saytında yer alıb.
"Bu gün Fede yenidən çox yaxşı oynadı. Hesabın 4:1 olmasına baxmayaraq, oyun asan keçmədi. Axı ilk qolu biz buraxa bilərdik. Sağ cinahda çıxış edən Fede, Arda Gülər və Bernardo Silva yaradıcı idilər və bir-birləri ilə mükəmməl qarşılıqlı əlaqə qururdular", - Mourinyo qeyd edib.
Üç turdan sonra doqquz xal toplayan "Real" turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. "Leyptsiq" isə üç xalla 30-cu sıradadır.