Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 06:02
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var

Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib. Bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat verib.

Məlumata görə, yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar. Hücumun təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənin hökumət qüvvələrinə husilərə qarşı mübarizədə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir. Koalisiya hərəkatın mövqelərinə hava zərbələri endirir, husilər isə krallıqdakı infrastruktura hücuma keçir.

44 filmi